“Tarixi abidələrin bərpası" MakTAB-ın beşinci tədris modulu başa çatıb.
Alman bərpaçı, elmlər doktoru Corc Hilbert və Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvü Erix Pummerin rəhbərliyi ilə dövlət və özəl sektorun nümayəndələri, tələbə və fiziki şəxslər 3 gün 24 akademik saat ərzində konservasiyabərpa işləri üzrə nəzəri biliklərə yiyələnib, İçərişəhər qoruğunun abidələri timsalında aparılan bərpa işləri ilə tanış olublar.
Modul çərçivəsində layihə iştirakçıları Hacı Bani məscidində praktik araşdırma işləri aparıblar.
Qeyd edək ki, “Tarixi Abidələrin Bərpası” məktəbi Mak’TAB “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə səyi və təşəbbüsü ilə görülən çoxsaylı işlərə öz dəstəyini göstərmək üçün tətbiq olunub.
“Tarixi Abidələrin Bərpası” məktəbi Mak’TAB’ ın məqsədi Azərbaycanda bərpaçıları həmin təlimə cəlb edərək onlara tarixi abidələrin bərpası istiqamətində əlavə biliklər qazandırmaqdır.
Layihə növbəti aylarda digər tədris modululları ilə davam edəcək.
Xəbərlər Qalereyası

Xəbərlər