İçərişəhərdə “Divan Saatı” layihəsi çərçivəsində “Zərdüşt dininin Azərbaycan ilə əlaqəsi, dinin fəlsəfəsi və Zərdüşt peyğəmbər” mövzusuna həsr edilmiş görüş keçirilib.

Görüşdə “İçərişəhər" Muzey Mərkəzinin Ekspozisiyalar və Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi Seyid Tağıyevin “Zərdüşt dini və Azərbaycan”, ”Zərdüşt dininin fəlsəfəsi beynəlxalq mənbələrdə”, “Zərdüşt peyğəmbər və onun beynəlxalq aləmə təsiri və nüfuzu”, ”Suraxanı Atəşgahı”, “Tanınmış zərdüştlər”, “İçərişəhəri Zərdüşt dini ilə nələr birləşdirir” başlıqlı məruzələri dinlənilib, diskussiyalar aparılıb.

Bakı Fotoqrafiya Evində baş tutan görüşdə İçərişəhər sakinləri və əməkdaşları iştirak edib.

Xəbərlər Qalereyası

Xəbərlər