1964-cü ildə Qız qаlаsının şimаl tərəfində аbаdlıq işləri ilə əlаqədаr qаzıntı аpаrılаn zаmаn mаrаqlı quruluşа mаlik olan tağlı аbidə аşkаr оlunmuşdur.  Bu nаdir mеmаrlıq abidəsi  İçərişəhərdə dini məqsədlər üçün inşa edilən ən maraqlı abidələrdən  biridir. XV əsr  abidəsinin həyətindən aşkar edilmiş toplum məzarlar arasında islamaqədərki dəfn yerləri də var. Dini əhəmiyyət daşıyan müqəddəs bir yer olan abidə antik dövr - XII əsrə aid edilir. Abidənin bir neçə mədəni təbəqədə  yerləşməsi, onun qədimliyindən və bu məkanın yüz illərlə müqəddəs sitayiş yeri olduğundan xəbər verir. Hal – hazırda  isə burada “Bədii daşyonma sənəti nümunələri” adlı  ekspozisiya  fəaliyyət göstərir.  Ekspozisiya abidənin tarixindən, bədii daşyonma sənətinin ilkin addımlarından, epiqrafikasından,  dəfn mərasimlərindən eləcə də, qəbirüstü  yazı və simvollardan söhbət açır.

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarix-mədəniyyət abidələrini öyrənir, mədəni irsimizi tədqiq və təbliğ edir, onları konservasiya edərək  gələcək nəsillərə ərməğan etməklə yanaşı həmçinin bərabar olaraq turizm sektorunu da inkişaf etdirir. Qoruq  İdarəsi mühafizə rejiminə riayət etməklə, ərazidə rekreasiya zonasını müəyyən edir, həmçinin təbii landşaftların salınması ilə əlaqədar görülən rekonstruksiya və torpaq-qazıntı işləri zamanı bu ərazidə paralel olaraq  arxeoloji xilasetmə işləri də aparır.

      Qədim Bakının tarixinin araşdırılması məqsədilə təyinatsız qalmış və tarixi tam öyrənilməmiş abidələrin aqibətini araşdırmaq üçün ərazidə xilasedici arxeoloji kəşfiyyat işləri aparılır. Son illər ərzində İçərişəhərdə turizm infrastrukturunda  nəzərəçarpacaq  dərəcədə böyük işlər görülmüşdür. İki əsr bundan öncə qədim Bakı indi İçərişəhər adlandırdığımız tarixi məkan hal-hazırda müasir turizm mərkəzinə çevrilmişdir. Qoruq İdarəsi tərəfindən tədqiq olunmuş memarlıq abidələri və tarixi yerlər konservasiya edilərək, yeni görkəmdə məhz turizm məqsədləri üçün istifadə edilir. Ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tarixi-memarlıq abidələrini qeyd etmək olar.

Xəbərlər