“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yerləşən Əntiq Əşyalar Muzeyində Azərbaycanın ünlü mühacir şairi Almas İldırımın anadan olmasının 115, vəfatının 70-ci ildönümü münasibəti ilə ədəbi-bədii tədbir keçirilib.

Tədbir 10 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin, Xəzər Rayon İcra Hakimiyyətinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

“İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Şahin Seyidzadə, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, millət vəkilləri Soltan Məmmədov, Rauf Əliyev, Elnur Allahverdiyev, Tamam Cəfərova, Almas İldırımın Bakıdakı qohumları və digər iştirakçılar onun keçdiyi çətin mühacirlik həyatından, yaradıcılığından, milli ruhunun qorunması, zənginləşdirilməsi yönündəki xidmətlərindən danışıblar.

Daha sonra Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin müəllifi olduğu “Bir Vətəndən bir Vətənə Almas Yıldırım” kitabının təqdimatı keçirilib. Tədbir Almas İldırımın sözlərinə yazılmış mahnıların ifası ilə davam edib.

Xəbərlər Qalereyası

Xəbərlər