“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfdaşlığı ilə Beynəlxalq Muzeylər Günü münasibətilə 18 may “Muzeylərin gücü” devizi altında Şirvanşahlar Sarayı Kompleksində Azərbaycan Respublikasının Əməkdar artisti, Ümumdünya Floristlər Şurasının, Azərbaycan Rəssamlar və Kinematoqrafçılar İttifaqlarının üzvü Suğra Bağırzadənin “Gülün gücü” adlı fərdi sərgisi açılıb.
Suğra Bağırzadə 2004-cü ildən 27 ölkənin daxil olduğu Ümumdünya Floristlər Şurasının üzvüdür. Həmin şurada o, Azərbaycanın və türkdilli dövlətlərin yeganə təmsilçisidir. Şura tərəfindən “Floristika industriyasında yeni professional istiqamət” sertifikatı ilə mükafatlandırılmışdır.
Sərgi 2022-ci il mayın 25-dək davam edəcək.