II Milli Qurama Festivalı 27 iyul tarixində İçərişəhər ərazisində yürüş ilə başlayıb. Yürüşdə təcrübəli quramaçıların müşahidəsi ilə İçərişəhər və Qala qoruqlarının bir neçə məkanında paytaxt sakinləri, turistlər və İdarənin əməkdaşları tərəfindən tikilən qədim tikmə növü olan Qurama nümayiş etdirilib.