17 iyun 2017-ci ildə Bakının tarixi mərkəzi - İçərişəhərdə “taktil” ( sözün mənşəyi latınca maddi, toxunula bilən mənasını verən “tactilis”dən qaynaqlanır) layihə təqdim olunub. Söhbət fransız iş adamı Siril Rabbat və Rusiyadan olan həmyerlimiz Süleyman Vəliyevin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsininə hədiyyə etdikləri İçərişəhər maketindən gedir.

Dünyada doğma şəhərimizin gözəlliyi haqqında eşidən, lakin onu görə bilməyən bir çox insan var. Bəs biz ətraf mühiti yalnız toxunaraq hiss edən insanlara necə kömək edə bilərik? İndi isə daha qürurla deyə bilərik ki, bu sualın cavabı xeyirxahlıq və nəcibliyin göstəricisi olaraq gözlərimiz qarşısındadır – Gözdən əlil şəxslər üçün İçəri Şəhər maketi. Ətraf mühiti barmaqlarının ucları ilə duyan, dərk edən insanlar artıq İçəri Şəhərin necə göründüyünü təsəvvür edə biləcək və onun ərazisində yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı, məscidlər, karvansaraylar və digər görməli yerləri, hətta qədim şəhərin dar küçələrinin görünüşünü hiss edəcəklər. Unikal maket-xəritə alman memar Eqbert Broerken tərəfindən tərtib olunmuşdur.  3D-prototipləşdirmə texnologiyasının köməyilə gözdən əlil insanlar üçün qabarıq səthdə Bakının qədim hissəsinin bütün yaşayış binaları və memarlıq abidələri əks olunub. Yazılarında gözdən əlil insanlar üçün yaradılmış Brayl şriftindən istifadə olunan maket Qız Qalasının yanında quraşdırılmışdır.

Maketin açılış mərasimində çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin Sədri Əsgər Ələkbərov qeyd etdi ki, dövlət fiziki məhdudiyyətli şəxslər üçün müvafiq tələbləri nəzərə alaraq infrastrukturu inkişaf etdirir,bütün şəraiti yaradaraq müxtəlif proqram və layihələr icra edir. Hazırki sosial layihə isə görmə qabiliyyəti zəif olan və  gözdən əlil insanlara İçəri Şəhərin memarlığı barədə təsəvvürə malik olmaq və hətta  maketin üzəri ilə qədim şəhərə xəyali bir səyahət etmək imkanı da verir.

Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aureliya Buşez qeyd etdi ki, nöqtəli-relyefli, toxunuşa əsaslanan şrift-Brayl əlifbası 1824-cü ildə fransız tiflopedaqoq Lui Brayl tərəfindən görmə qabiliyyəti zəif və gözdən əlil insanlar üçün yazma və oxuma məqsədilə yaradılmışdır. Mövcud layihə Azərbaycan ilə Fransa arasında mədəni və sosial sahədə əlaqələrin möhkəmlənməsi istiqamətində atılmaqda olan addımlara daha bir nümunədir. Bu unikal imkan gözdən əlillər üçün sadəcə şəhərin memarlığını təsəvvür etmək imkanı yaratmır, həmçinin verilmiş məkan daxilində öz istiqamətlərini müəyyən etməyə omkan verir.

Siril Rabbat vurğuladı ki, layihə üzərində iş 2 il davam etmişdir. Eqbert Broerken şəxsən Bakıya səfər etmiş, bu müddətdə İçəri Şəhərin dəqiq surətini maketdə əks etdirmək üçün qədim şəhərdə xüsusi foto çəkilişlər aparılmış, həmçinin kosmik peykdən fotoşəkillər çəkilmişdir.

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin şöbə müdiri Mais Ağayev şəhərə verilən bu qiymətli hədiyyəyə görə səmimi təşəkkürünü ifadə etdi və bildirdi ki, bu layihə öz doğma şəhərini duymaq, onun tarixi və memarlığı ilə tanış olmaq üçün gözdən əlil insanlara verilən əvəzolunmaz imkandır.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi açıqlamalara əsasən dünyada 180 milyon insan görmə əngəllidir.  Onlardan  45 milyonu görmə qabiliyyətini tamamilə itirib. Bu cür insanların sayı  davamlı olaraq artır. Planetimizdə hər 5 saniyədə yetişkin insan, hər dəqiqədə isə bir körpə görmə qabiliyyətini itirir. Yaxın gələcəkdə isə gözdən əlil insanların sayının 75 milyona çatacağı gözlənilir. Statistikaya əsasən Azərbaycanda 42 min insan gözdən əlildir və onlardan 30%-ni uşaqlar təşkil edir.

Bu faktlar bir daha İçəri Şəhər maketinin ətraf aləmi hiss etm

Xəbərlər