Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin 24-cü bəndi ilə Qoruq sakinlərinin ictimai rəyini nəzərə almaq və mövcud məsələlərin həllində şəffaflığı təmin etmək məqsədi ilə Ağsaqqalar şurasının yaradılması nəzərdə tutulmuşdur.
İdarə ilə Qoruğun sakinləri arasında kommunikasiya rolununun yerinə yetirilməsi, əhali ilə münasibətlərin daha da sıx əməkdaşlıq çərçivəsində qurulması, Qoruq sahəsində həyata keçirilən dövlət siyasəti barədə əhalinin tam və düzgün məlumatlandırılması, həmçinin Qoruğun sosial-iqtisadi inkişafı ilə bağlı proqramlarda sakinləri fəal iştiraka cəlb edilməsini təmin etmək məqsədilə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin 14.5-ci və 24-cü bəndlərini rəhbər tutaraq:
1. Aşağıdakı tərkibdə Ağsaqqalar şurası yaradılsın:
- • Ağazadə Çingiz Həsənağa oğlu
- • Ələkbərov Urxan Kazım oğlu
- • Qəndilova Səadət Tağı qızı
- • Xanlarov Fərid Cəbrayıl oğlu
- • Məmmədov Mir Teymur İbrahim oğlu
- • Məmmədov Asif Əliağa oğlu
- • Məlikov Azər Teymur oğlu
- • Mirzəzadə Xəyyam Hadı oğlu
- • Salahova Zərifə Teymur qızı.
2. Ağsaqqalar şurasının təşkilati məsələləri ilə məşğul olmaq üçün Şuranın məsul katibi Mustafa Rəşidov təyin edilsin.
3. Aparatın rəhbəri E.Primova tapşırılsın ki, 5 gün müddətində Ağsaqqalar şurasının əsasnaməsinin layihəsini hazırlayaraq İdarənin rəhbərliyinə təqdim olunmasını təmin etsin.
4. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Rəis Mikayıl Cabbarov