“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu daima dövlətin diqqəti altında olan böyük əhəmiyyətli abidələrimizdən biridir. Qoruq unudulmuş, qədim adət ənənələrin etnoqrafik material kimi bir yerdə cəmləşmə unikallığı ilə seçilir.

2018-ci il “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunun yaranmasının 30 illiyidir. Bu səbəbdən Qala Qoruğu yaranmasının 30 illiyi münasibətilə “Qala Abşeronun Tarixi- Etnoqrafik İrsi” adlı tədbirin 18 dekabr saat 12:00-da keçirilməsi planlaşdırılır. Tədbir 2 hissədən ibarət olacaqdır. Tədbirin birinci hissəsində Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru Məlahət Fərəcova Qoruq haqqında və 30 il ərzində görülmüş işlər haqqında məlumatlar verəcəkdir. Həmçinin kəndin ağsaqqalları tədbirdə iştirak edərək tarixi irs haqqında qonaqları məlumatlandıracaqlar. Tədbirin ikinci bədii hissəsində milli musiqili proqram nəzərdə tutulur. Bununla paralel olaraq qonaqlar Bakı kəndlərinə məxsus olan milli yeməklərimizdən sayılan Düşbərənin ha