26 noyabr 2018-ci il tarixində İslam Tarixi,İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzinin baş ofisində (IRCICA) “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə İslam Tarixi,İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzi aras;nda əməkaşlığa dair müqavilənin təntənəli imzalanma mərasimi keçirilmişdir. Müqavilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərov və İslam Tarixi,İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzinin prezidenti Xalid Ərən tərəfindən imzalanıb.
3 illik əməkdaşlıq çərçivəsində İslam dövlətlərinin ənənəvi incəsənəti üzrə festival və konqress, təlimlər və "workshop"lar kimi bir sıra beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır.
İslam Tarixi,İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzinin əsası 1979-cu ildə qoyulub. Hal-hazırda isə İslam incəsənətinin 56 təmsilçisi olan dövlətlər təşkilatın fəal həmtəsisçisidir. Mərkəz İslam Əməkdaşlığı Təşkilatının bir qurumudur.