Qoru üzvləri Ənənəvi İncəsənət Mərkəzində.
Qoru Gənclər Təşəbbüs Qrupunun üzvləri Ənənəvi İncəsənət Mərkəzində təşkil olunmuş ustad dərslərində iştirak ediblər.
İki gün ərzində gənclər “Dastan” brendinin nümunələrinin hazırlanması prosesində, dulusçuluq, keramika üzərində boyakarlıq ustad dərsində iştirak ediblər.
Qoru üzvləri sərgi salonunda Ənənəvi İncəsənət Mərkəzinin yaranma tarixçəsi, 10 illik fəaliyyəti ərzində gördüyü işlər, “Dastan” brendi haqqında, onun yerli və xarici layihələrdə iştirakı və nailiyyətləri haqqında məlumatlarla tanış olublar.
Qoru Gənclər Təşəbbüs Qrupunun üzvlərinə “Dastan” brendinin məhsullarının hazırlanmasında istifadə olunan materiallar, naxışlar və icra edilmiş kolleksiyalar haqda məlumatlar verilib.
Xəbərlər Qalereyası

Xəbərlər