Festival 7 iyul 2022-ci il tarixində qədim tikmə növü olan Quramanı İçərişəhər ərazisində nümayiş edərək yürüşü ilə başlayıb.

Təcrübəli quramaçıların müşahidəsi ilə İçərişəhər və Qala qoruqlarının bir neçə məkanında kiçik parça hissələrindən tikilən qurama’nın hazırlanmasında paytaxt sakinləri, turistlər və İdarənin əməkdaşları iştirak etmişdirlər.

Festival zamanı “Azərbaycanda xalq sənətkarlığı. Qurama” Elmi-praktiki konfransı, dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası, autizm sindromlu uşaqlar üçün qurama məhsullarının hazırlanması, ustaddərsləri və Art terapiya, uşaq evlərində məskunlaşan, valideyn himayəsindən məhrum uşaqlar arasında “Öz quramanı yarat” adlı oyun və s. tədbirlər təşkil olunacaq.

Festival Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri, qurama sənətkarlarının əl işlərindən ibarət sərgi və Qurama sənətinə həsr olunmuş kitabın təqdimat mərasimi ilə yekunlaşacaq.

Məlumat üçün bildiririk ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Bakı Şəhəri İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Xəbərlər Qalereyası