Qədim #İçərişəhərin Qərb qapısından daxil olan kimi #Şirvanşahlar Sarayı minarə və günbəzlərinin əzəməti ilə hər kəsin diqqətini cəlb edir. Şirvan hökmdarlarının iqamətgahı olan Şirvanşahlar Sarayı tarixi şəhərin əzəmətli abidəsidir.

XIV- XV əsrlərdə sarayın ərazisi genişləndirilərək müxtəlif funksiyalı tikililər inşa edilmişdir. Kompleksin Yaşayış binası, #Divanxana, Seyid Yəhya #Bakuvinin türbəsi, Key Qubad məscidinin qalıqları, Sultan Murad darvazası, Ailə türbəsi, Şah məscidi və Saray hamamı dövrümüzə qədər gəlib çatmış və 2000-ci ildə #UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmişdir.
1954-cü ildə “Şirvаnşаhlаr Sаrаyı Kоmplеksi” Dövlət Tаriхi Mеmаrlıq Qоruq Muzеyinə çеvrilmişdir. 2007-ci ildən etibarən Saray Kompleksi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərkibində fəaliyyət göstərir.

Elmi mənbələrə əsasən I İbrahimin sarayında yaşamış və müəzzin vəzifəsində çalışmış Seyid Yəhya Bakuvinin türbəsi, xаlq аrаsındа “#Dərviş türbəsi” аdı ilə məşhurdur. Abidə həyətin cənub hissəsində yеrləşən türbə saray kompleksinin bir hissəsi kimi fəaliyyət göstərir və xalqımızın sevdiyi tarixi məkandır.

Burada xalqımızın tarixi keçmişinə səyahət edərkən incəsənətin, şahanə memarlığın gözəlliyindən mənəvi zövq almamaq mümkün deyil.

Şirvanşahlar Sarayı Kompleksi və ərazisində yerləşən abidələrin qapıları hər gün saat 10:00-dan - 19:00-a qədər hər kəs üçün açıqdır.

Xəbərlər Qalereyası

Xəbərlər