Rusiyanın paytaxtı Moskva şəhərində Heydər Əliyev fondunun Rusiyadakı nümayəndəliyi, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi, Rusiya Dövlət Şərq Xalqları İncəsənət Muzeyinin, “Mərcani” fondunun təşkilatçılığı ilə heykəltəraşlıq sənətində avanqard üslubun banisi, rəssam Fazil Nəcəfovun yaradıcılığına həsr olunmuş albom təqdimatı və sərgi keçirilib. Tədbirdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Rusiya Dövlət Şərq Xalqları İncəsənət Muzeyinin direktoru Aleksandr Sedov və sərginin kuratoru Mariya Filatova çıxış ediblər.
Sərginin açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova da iştirak ediblər.
“İçərişəhər” DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər