Dünən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Almaniya Fedarativ Respublikasının Azərbaycandakı Səfirliyinin təşkllatçılığı ilə Şirvanşahlar Sarayı Kompleksində “Nizami Gəncəvi ili” münasibətilə mədəniyyət həftəsi çərçivəsində “Nizami-Şiller” adlı ədəbi-bədii tədbir keçirildi. Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərov və Almaniya Fedarativ Respublikasının ölkəmizdəki səfiri Volfqanq Maniq iştirak edib.

Tədbir zamanı həmçinin Almaniyanın PEN klubunun üzvü, Köln İncəsənət Akademiyasının təsisçisi, alman şərqşünası və tərcüməçisi Stefan Veynder Almaniyanın tanınmış XVIII əsr şairi, filosofu, tarixçisi və dramaturqu həmçinin, alman ədəbiyyatında romantizm cərəyanının ən parlaq nümayəndəsi İohann Kristof Fridrix Şiller və Şərqin misilsiz mədəni irs xəzinəsində özünəməxsus layiqli yer tutan, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin yaradıcılığındakı oxşar cəhətlər və ədəbi irs mövzusunda mühazirə ilə çıxış edib.

Xəbərlər Qalereyası

Xəbərlər