Bu gün Gürcüstan Respublikasının Tbilisi şəhərinin meri Kaxa Kaladzenin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində İçərişəhəri ziyarət edib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov tərəfindən qarşılanan qonaqlar Bakı Xan Sarayı Kompleksinin parkı və Yeraltı hamamla tanış olmuş, onlara ərazidə aparılan konservasiya və bərpa işləri haqqında ətraflı məlumat verilmişdir.

Gürcüstanlı rəsmilər eyni zamanda “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzində də olmuş, burada onlar ən zərif və dəyərli əl işləri nümunələri ilə tanış olmuşlar. Daha sonra Bakı Fotoqrafiya Evinə daxil olan qonaqlara binada aparılan yenidənqurma və təmir işlərinə dair məlumat verilmişdir.

Həmçinin ekskursiya zamanı ziyarətçilərə Qız Qalası, Qala divarları kimi abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş arayış təqdim olunmuşdur.
Cənab Kaladze və nümayəndə heyəti qədim şəhərdən xoş və zəngin təəssüratla ayrılmışlar.

Xəbərlər Qalereyası

Xəbərlər