İyulun 7-də Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin “Ünsiyyət bağları: görüşlər və diskussiyalar” layihəsi çərçivəsində növbəti görüş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdində “İçərişəhər” Muzey Mərkəzinin Bakı Fotoqrafiya Evində keçirilib. Görüş zamanı iştirakçılar İordaniya dövlətinin yaradılmasının 100 illiyi münasibətilə təşkil olunmuş Amman şəhərinin yüz ildən bəri tarixi inkişafını əks etdirən “Amman, 100 illik yürüş” adlı fotosərgi ilə tanış olublar. Görüşdə İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Asem Ğoşeh də iştirak edib.
Qeyd edək ki, 1 iyulda açılan fotosərgidə Amman şəhərinin tarixi inkişafını təsvir edən 40 ədəd fotoşəkil ziyarətçilərə təqdim olunub.

Xəbərlər Qalereyası

Xəbərlər