İyulun 6-da Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində İçərişəhəri ziyarət edib. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları tərəfindən qarşılanan qonaqlar Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə yaxından tanış olmuş, onlara abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş məlumat verilmişdir. Eyni zamanda ekskursiya zamanı nazirə “Şirvanşahlar irsi dünya muzeylərində” adlı İdarənin nəşri olan kitab hədiyyə olunmuşdur.

Xəbərlər Qalereyası

Xəbərlər