İyunun 30-da "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində Elmi-Mədəni Mərkəzin əməkdaşları və Dünya İrs Şəhərləri Təşkilatına (OWHC) üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə "COVID-19 pandemiyası zamanı təyinat marketinqi və investisiyanın təşkili" mövzusunda vebinar keçirilmişdir. Görüşün təşəbbüskarı və moderatoru olan Mərkəzin Turizm şöbəsinin müdiri Gülarə Abdullayeva mövzu barəsində təqdimatla çıxış etmişdir.

Qeyd edək ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2016-cı ildən OWHC-nin üzvüdür. İdarə son illər ərzində OWHC ilə səmərəli əməkdaşlıq etmişdir. Bu əməkdaşlığın bir nümunəsi olaraq İçərişəhərin 23-24 oktyabr 2018-ci il tarixlərində təşkilatın İdarə Heyətinin 46-cı iclasına ev sahibliyi etdiyini qeyd etmək olar.

Xəbərlər Qalereyası

Xəbərlər