Bu gün Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Qamar Caved Bacva ölkəmizə rəsmi səfəri çərçivəsində İçərişəhəri ziyarət edib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları tərəfindən qarşılanan ordu generalı və ailə üzvləri YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan Şirvanşahlar Sarayı Kompleksi ilə yaxından tanış olublar.

Qonaqlara abidənin tarixi, memarlıq xüsusiyyətləri və Şirvanşahlar dövləti ilə bağlı geniş məlumat verilmişdir. Nümayəndə heyəti həmçinin Bəylər məscidini də ziyarət etmiş və İçərişəhərdən xoş təəssüratla ayrılmışlar.

Xəbərlər Qalereyası

Xəbərlər