Bu gün Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri ölkəmizə səfər çərçivəsində İçərişəhəri ziyarət ediblər. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları tərəfindən qarşılanan parlamentarilər qədim şəhərin ən əzəmətli abidələrindən biri olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olublar. Qonaqlara abidənin tarixi, memarlıq xüsusiyyətləri və Şirvanşahlar dövləti ilə bağlı geniş məlumat verilib. Rəsmilər İçərişəhərlə tanış olmaqdan məmnun olduqlarını ifadə ediblər.

Xəbərlər Qalereyası

Xəbərlər