Azərbaycan əsilli məşhur fransız fotoqraf Reza Deqati Əfqanıstanda çəkdiyi fotoşəkilləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdindəki Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində nümayiş etdirərək "Uzaq Əfqanıstan"ı 1 günlük yaxın etməyə müvəffəq olub.

Nümayiş may ayının 14-də Latviyanın Azərbaycandakı səfirliyinin digər diplomatik missiyalar, beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq çərçivəsində təşkil etdiyi "Peace be upon you-Salam Aleykum" layihəsi daxilində baş tutub. Layihə sülhməramlıların bu müharibədəki roluna və incəsənət vasitəsilə dünyada sülhün qorunub saxlanılmasına həsr olunub. 

Reza Deqatinin Əfqanıstanda çəkdiyi fotoşəkillərdə təkcə müharibənin xronikası deyil, həmçinin kameraya zillənən heyrətli baxışlar və insanların ruhunda cəmlənən həyat eşqi həkk olunub.
 
Tədbirdə Mərkəzin direktoru Anna İbrahimbəyova, Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs, Latviyanın sabiq müdafiə naziri Raymonds Berqmanis və başqaları çıxış etmiş, İçərişəhərin bilicisi Fuad Axundov Qarabağın məşhur yaradıcı şəxsiyyətlərindən bəhs etmişdir.

Xəbərlər Qalereyası

Xəbərlər