“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Riad Qasımov bu gün İctimai Televiziyanın “Dikdaban” verilişinin qonağı olmuşdur. Aparat rəhbəri Azərbaycanın YUNESKO-ya üzv olmasının 29 illiyi ilə əlaqədar ünvanlanan sualları cavablandırmış, bu təşkilata üzv olmaqla ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlardan və ötən zaman ərzində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu əlaqələrin möhkəmlənməsində oynadığı roldan bəhs etmişdir.

Qeyd edək ki, 27 noyabr - 2 dekabr 2000-ci il tarixində Avstraliyanın Kerns şəhərində keçirilən YUNESKO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyası çərçivəsində Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası daxil olmaqla İçərişəhər Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Verilişi sona qədər izləmək üçün linkə keçid edin.

https://www.youtube.com/watch?v=aYpvLiEbUzU

Xəbərlər