Düz 103 il əvvəl bu gün Azərbaycan tarixində ən əlamətdar hadisələrdən biri yaşandı. Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu. Dövrün mürəkkəb ictimai-siyasi şəraitinə baxmayaraq, uzaqgörən dövlət xadimlərimizin təməlini qoyduğu bu Respublika hazırki müstəqil Azərbaycan Respublikasının sələfidir.

Dünya və Azərbaycan tarixinə ən ali dəyərləri bəxş edəcək qədər nümunəvi olan Azərbaycan Xalq Cümhuriyyəti bütün dünya azərbaycanlılarının qürur mənbəyi və şanlı tarixidir.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz növbəsində bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edir, bayrağımızın daim zirvələrdə dalğalanmasını arzulayır.

Xəbərlər