Artıq bir neçə gündür ki, Azərbaycanda səfərdə olan Birləşmiş Krallığın Dövlət Katibinin Parlament nümayəndəsi və ixracat naziri Qraham Styuart 22 may 2021-ci il tarixində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda qonaq olmuşdur. Qala qoruğuna baş tutmuş ziyarət zamanı rəsmi qonaqlar açıq səma altında yerləşən Arxeoloji-Etnoqrafik Muzey Kompleksi və “Tullantıdan sənətə” muzeyi ilə tanış olmuşlar.

Daha sonra Qala Etno-Muzey Kafesində çay süfrəsinə dəvət edilən qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarından biri olan "Qala qutabı"nı dadıblar.

Xəbərlər Qalereyası

Xəbərlər