“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı və “İçərişəhər” DTMQİ-nin tərəfdaşlığı ilə I Beynəlxalq Bakı Küçə Fotoqrafiya Festivalı artıq start götürüb. Festivalın keçirilməsində əsas məqsəd davam edən karantin rejimi ilə əlaqədar olaraq uzunmüddətli təcrid dövründən sonra cəmiyyət və xüsusən gənclərlə sıx əlaqədə olmaq, istedadlı insanların kəşf olunmasına kömək etmək və onlara dinamik təcrübə imkanı təqdim etməkdir.

Eyni zamanda festivalın mayın 6-da İçərişəhərdə baş tutacaq mərhələsində ötən il Bakı Xanlarının Evi Kompleksi və Yeraltı hamamın yüksək səviyyəli fotoçəkilişlərini aparmış peşəkar fotoqraf Elmar Mustafayev tərəfindən Bakı Fotoqrafiya Evində ustad dərslərinin (çəkiliş, müzakirə, yekunlaşdırma) təşkili nəzərdə tutulmuşdur.

Festival ümumilikdə bu ilin sentyabr ayınadək davam edəcək.

Xəbərlər Qalereyası

Xəbərlər