Aprelin 29-da "İçərişəhər" DTMQİ-nin əməkdaşları və Dünya İrs Şəhərləri Təşkilatına (OWHC) üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə “Qlobal turizm böhranı və davamlı turizmin yenidən qurulması” mövzusunda onlayn görüş keçirilmişdir. Görüşün təşəbbüskarı və moderatoru "İçərişəhər" DTMQİ nəzdində Elmi-Mədəni Mərkəzin Turizm şöbəsinin müdiri Gülarə Abdullayeva olmuşdur. Təşkilata üzv ölkələrin (Azərbaycan, Latviya, Slovakiya, Çexiya, Rusiya, Polşa, Yunanıstan) nümayəndələri turizm sektorunda qarşılaşdıqları problemlər və onların həlli istiqamətindəki fikirlərini müzakirə etdilər. Görüşdə həmçinin iştirakçılara İçərişəhərdə turizmin inkişafı üçün görülən işlər barədə Elmi-Mədəni Mərkəzin Turizm şöbəsinin bələdçisi Səidə Rəşidli tərəfindən təqdimat nümayiş edildi.

Qeyd edək ki, "İçərişəhər" DTMQİ 2016-cı ildən OWHC-nin üzvüdür. İdarə son illər ərzində OWHC ilə səmərəli əməkdaşlıq etmişdir. Bu əməkdaşlığın bir nümunəsi olaraq İçərişəhər 23-24 oktyabr 2018-ci il tarixlərində təşkilatın İdarə Heyətinin 46-cı iclasına ev sahibliyi etmişdir.

Xəbərlər Qalereyası

Xəbərlər