10 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezident inin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral,  Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstan Respublikası informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov,  Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray, Türk Şurasının Baş katibi Bağdad Amreyev İçərişəhəri ziyarət etdilər. Qonaqlara "İçərişəhər" DTMQİ ərazisində yerləşən tarixi-memarlıq abidələri və aparılan bərpa-konservasiya işləri haqqında ətraflı məlumat verildi.

Xəbərlər Qalereyası

Xəbərlər