25 fevral 2021-ci il tarixində "İçərişəhər" Muzey Mərkəzinin və Xəzər rayon İcra Hakimiyyətinin iştirakı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ağacəkmə aksiyası keçirilib.

1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırım qurbanlarının əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasında Xəzər Rayon İcra Hakimiyyətinin başcısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkilləri Rauf Əliyev və Soltan Məmmədov, eləcə də gənc könüllülər və "İçərişəhər" Muzey Mərkəzinin əməkdaşları iştirak ediblər.

Xəbərlər Qalereyası

Xəbərlər