"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzinin nümayəndə heyəti Tatarıstan Respublikasının Kazan şəhərində səfərdədir. Nümayəndə heyətinə "İçərişəhər" Muzey Mərkəzinin direktoru Əminə Məlikova və Bakı Marionet Teatrının direktoru Tərlan Qorçu rəhbərlik edir.

İşgüzar səfər çərçivəsində "İçərişəhər" Muzey Mərkəzinin nümayəndə heyətinin 24-25 dekabr tarixində Tatarıstan Respublikasının Mədəniyyət naziri İrada Ayupovayla, "Qədim-Tatar" yaşayış məntəqəsinin prefekti Robert Qaripovla, habelə, "Kazan Kremli" Dövlət Tarix-Memarlıq və Rəssamlıq Muzey-Qoruğunun direktoru Zilya Valeevayla görüşləri baş tutub.

Görüş çərçivəsində qarşılıqlı anlaşma və əməkdaşlıq barədə memorandum imzalanıb, həmçinin, birgə sərgilərin təşkili və treninqlərin keçirilməsinin məqsədyönlülüyü barədə müzakirələr aparılıb. Nümayəndə heyəti üçün İslam Mədəniyyəti Muzeyi və "Blaqoveşenskiy" Kilsəsinin Tarix Muzeyinə və ümumilikdə Kazan Kremlinə ekskursiya təşkil edilib. 

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər