“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan ilin yekun tədbirini keçirəcək.

10 dekabr 2019-cu il saat 11.00-da Baş İdarənin Konfrans zalında “Bir əsrlik Nəsimi araşdırmaları” adlı kitabın təqdimatı və eyni adlı elmi-praktik konfrans təşkil olunacaq. Təqdimatda “İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Əsgər Ələkbərov, Elmi redaktor akademik Rafael Hüseynov və nəsimişünas alimlərin çıxışları nəzərdə tutulub.

Sonda Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyası şagirdlərinin ifasında “Nəsimi” adlı kompozisiya səsləndiriləcək.

 

"İçərişəhər" DTMQİ Mətbuat xidmətinin məlumatı

Xəbərlər