Noyabrın 25-də MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Milli İncəsənət Muzeyində “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar öz işinə başlayıb.

Seminarın mövzusu, mədəniyyət müəssisələrinin fiziki və əqli cəhətdən qüsurlu insanlar daxil olmaqla, bütün ziyarətçilər üçün əlverişliliyinin təmin edilməsinə yönəlib. Seminarda MDB ölkələrinin aparıcı muzeyləri, ali təhsil müəssisələrinin və özəl sektorun nümayəndələri, QHT və xeyriyyə fondları, əlil icmalarının və s. təşkilatların 45-dən artıq nümayəndəsi iştirak edir.

28 Noyabr 18: 00-da seminarın iştirakçıları "İçərişəhər” Tarix-Memarlıq Qoruğuna - köhnə şəhərə işgüzar səfər edəcək, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindəki "İstedArt" inklüziv layihəsi ilə tanış olacaqlar.

Giriş KİV nümayəndələri üçün sərbəstdir!

Xəbərlər Qalereyası

Xəbərlər