22 noyabr 2019-cu il tarixində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzinin nəzdindəki "Bakı Fotoqrafiya Evi"ndə ikinci "Bakı Foto" müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. 

Müsabiqə 27 iyul 2019-cu il tarixində mobiloqrafiya-sərbəst mövzu, abstrakt fotoqrafiya, yer haqqında xatirə, ailə portreti və tarix adlı 5 müxtəlif nominasiya üzrə elan olunmuşdur. Qalib və finalçıların 35 ədəd fotoşəkili 2 ay müddətində “Bakı Fotoqrafiya Evi”ndə nümayiş olunub. Nəbi İdrisov, Nərgiz Əsgərova, Türkan Məmmədova, İlkin Süleymanov, Ağaəli Sədrli 500 AZN məbləğində pul mükafatı ilə təltif ediliblər.

Müsabiqənin münsifi qismində fotoqraf Sənan Ələsgərov, “Nərgiz” jurnalının məsul redaktoru Leyla Sultanzadə və rəssam-rejissor Teymur Daimi iştirak edib.

Xatırladaq ki, "Bakı Foto" müsabiqəsinin qaliblərinin birinci mükafatlandırılma mərasiminin tədbiri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə "Bakı Foto 2017" foto müsabiqəsi adı altında 17 sentyabr 2017-ci il tarixində təşkil olunmuşdur.

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası