“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə Animal Care Club (ACC) tərəfindən tullantı kağızların təkrar emalından əldə olunan vəsait hesabına ağacəkmə aksiyası keçirilib.

16 noyabr 2019-cu il tarixində “İçərişəhər” Muzey Mərkəzinin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində 100 ədəd Hirkan ağcaqayını və Alder ağacı, “Azərsun” Holdinq tərəfindən təqdim edilən 50 ədəd zeytun ağacı, həmçinin Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən təqdim edilən 150 ədəd əncir və 30 ədəd üzüm tinginin, ümumilikdə isə 330 ədəd ağacın əkilməsi ilə müşayiət olunan ağacəkmə aksiyası uğurla həyata keçirilib.

Yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığın bərpası, təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.

“İçərişəhər” DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər