"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Art Council Azerbaijan"ın təşkilatçılığı ilə 19-23 noyabr tarixlərində İçərişəhərdə yerləşən "Art Tower" qalereyasında "Sirlərin ahəngi" adlı  sərgi keçiriləcək. Sərgidə gənc istedadlı rəssam Zöhrab Salamzadənin əsərləri nümayiş olunacaq.

Açılış mərasimi 19 noyabr saat 19:00-da baş tutacaq. Sərgi 23 noyabr tarixinədək davam edəcək.

Sərginin informasiya dəstəyi "trend.az", "day.az", "milli.az", "yenicag.az", "frame.az" saytları və AZERTAC İnformasiya Agentliyidir.


Sərginin iş vaxtları: 11:00-17:00

Sərgiyə giriş sərbəstdir!

“İçərişəhər” DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər