Cari təmirlə əlaqədar müraciət

“İçərişəhər” DTMQİ Muzey Mərkəzi 16 noyabr 2019-cu il tarixində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində ağacəkmə aksiyası keçirəcək. Tədbir İdarənin Muzey Mərkəzi, Elmi-mədəni Mərkəzi və Animal Care Club (ACC) qeyri kommersiya qurumunun əməkdaşlarının iştirakı ilə baş tutacaq.

Ağaclar ACC tərəfindən istifadə olunmuş kağızların toplanaraq satışından əldə etdiyi vəsait hesabına alınıb. Belə ki, “İçərişəhər” DTMQİ və “Green Baku” təşkilatının dəstəyi ilə ərsəyə gələn layihənin ilkin mərhələsində istifadə olunmuş kağızların toplanmasını həyata keçirib. Tullantı kağızların toplanması bir necə ünvanda və müxtəlif tarixlərdə təşkil olunub. Yüzlərlə könüllü öncədən elan olunmuş ünvana kağız məhsullarını təhvil verib. Əldə olunan 1.5 ton kağız karton zavoduna verilib və əldə olunan vəsait hesabına ağac tingləri alınıb.

Aksiya zamanı ACC tərəfindən 100 ədəd Hirkan ağcaqayını və Alder ağacı, ”Azərsun” Holdinq tərəfindən 50 ədəd zeytun ağacı, Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən təqdim edilən 150 ədəd əncir və 30 ədəd üzüm tinginin, ümumilikdə isə 330 ədəd ağacın əkilməsi nəzərdə tutulub.

16.11.2019-cu il saat 10:00-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda baş tutacaq aksiyada arzu edən hər kəs iştirak edə bilər. Giriş sərbəstdir.

İçərişəhər” DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər