Beynəlxalq təşkilatlar

9 noyabr Dövlət Bayrağı Günü münasibəti ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi elmi-praktiki konfrans keçirib.


İdarənin “Elmi-Mədəni Mərkəz"i tərəfindən təşkil olunmuş tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru professor Bədirxan Əhmədli mövzuya dair məruzə ilə çıxış edib. Xatırladaq ki, B. Əhmədli həm də Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, onlarla məqalə və metodik vəsaitlərin, həmçinin “Türkçülüyün üçlü formulu: nəzəri və tarixi aspektləri” adlı monoqrafiyanın da müəllifidir.


1918-ci ilin noyabrın 9-da üçrəngli bayrağımızın Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı hesab edilməsi haq­qında qərar qəbul edildi. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayraqdan imtina edildi. Bu bayraq növbəti dəfə 17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edildi. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət də qaldırdı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan MR Ali Məclisinin vəsatətinə baxdı və üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Xəbərlər Qalereyası

Xəbərlər