Tez-tez verilən sullar

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə elmi-praktiki konfrans keçirəcək.


İdarənin “Elmi-Mədəni Mərkəz"i tərəfindən təşkil olunacaq tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, “Türkçülüyün üçlü formulu: nəzəri və tarixi aspektləri” adlı kitabın müəllifi professor Bədirxan Əhmədlinin mövzuya dair məruzəsi dinləniləcək.


Tədbir 06 noyabr 2019-cu il tarixdə saat 11.00-da Qoruq İdarəsinin akt zalında baş tutacaq.

Xəbərlər