Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qərarı ilə 2019-cu il görkəmli şair və filosof İmadəddin Nəsimi ilinin elan edilməsi ilə əlaqədar  “İçərişəhər” DTMQ İdarəsi silsilə tədbirlər həyata keçirməkdədir.

İdarənin 22.09.2019-cü il tarixində Qala Qoruğu ərazisindəki Etno evdə  təşkil etdiyi “Qəlbi təmiz olanın  hekayəsi xoşbəxt bitər” adlı ədəbi-bədii gecəsi belə möhtəşəm tədbirlər sırasına daxil oldu. Tədbiri giriş sözü ilə acan İdarənin mətbuat katibi Rahib Azəri  bütün bəşəriyyəti öz yaradıcılığı ilə əsərlərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkir İmadəddin Nəsimi yaradıcılığına nəzər saldı.

Daha sonra gecəyə dəvət edilən sufi və  təsəvvüf fəlsəfəsinin davamçısı, ney və pianonun mahir ifaçısı, səma rəqsləri qrupunun rəhbəri Hakan Mengüc haqda iştirakçılara məlumat verdi. Məşhur ifaçının bir-birindən gözəl  musiqiləri gecəyə xüsusi gözəllik və rəng qatdı.

Gecənin sonunda pop, caz və xalq mahnılarının mahir ifaçısı Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva pianoda Nəsiminin sözlərinə bəstələdiyi “Dua” mahnısını canlı ifa etdi.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərovun, respublikanın tanınmış sənət adamlarının iştirak etdiyi gecə çox böyük rəğbətlə qarşılandı.

 

“İçərişəhər DTMQ İdarəsinin mətbuat xidməti

 

Əlaqə - "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

Telefon: (994 12) 492-11-75, (994 12) 492-05-39

Fax: (994 12) 492-60-51

E-mail: office@icherisheher.gov.azreception@icherisheher.gov.az

Ünvan: Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, A.Zeynallı küçəsi, 20/85

Xəbərlər Qalereyası

Xəbərlər