Təqvim

Autizm bütün dünyada olduğu kimi ölkəmizdə də XXI əsrin ən qlobal problemlərindən biri hesab edilir. Hazırda dünyada 70 milyon insan bu xəstəlikdən  əziyyət çəkir. Azərbaycanda isə təqribən 4000-ə yaxın uşaq autizm sindromunun qurbanıdır. Təəssüf ki, bu ağır, çarəsi olmayan xəstəlikdən xüsusən uşaqlar daha çox zərbə alır. Onların nitq və davranışında öz əksini tapan bu xəstəlik artıq 2-3 yaşdan etibarən özünü biruzə verir.

2007-ci ildə BMT dünya ictimaiyyətinim diqqətini autizmə yönəltmək üçün 2 aprel tarixini Dünya Autizm Məlumatlandırma Günü elan etmişdir.

Dövlətimiz də son illərdə bu çağırışdan kənarda qalmayaraq  müxtəlif tədbirlər, kampaniyalar vasitəsilə əhalini məlumatlandırır.

Ölkənin ictimai həyatında baş verən bütün hadisələrə xüsusi diqqətlə yanaşan "İçərişəhər" DTMQİ autizm xəstəliyi ilə bağlı olaraq insanların nəzərini bu sindroma cəlb etmək, onların bu məsələ haqqında həssaslığını artırmaq üçün vizual ismarıc kampaniyasını davam etdirir.

Bu çərçivədə 2 aprel tarixində ölkəmizin simvolu, əzəmətli Qız Qalası autizm xəstəliyinin simgəsi hesab edilən mavi rəngə boyanmışdır.

Uşaqlar bizim gələcəyimizdir və onların həyatı, sağlamlığı ilə hər bir məsələ Qoruq İdarəsinin daim diqqətindədir.

Xəbərlər