Təqvim

Ölkəmizdə artıq turizm sərgilərinin keçirilməsi ənənəvi xarakter daşıyır və bu kimi tədbirlərdə "İçərişəhər" DTMQİ daim fəal iştirak edərək ölkəmizin maddi-mənəvi sərvətlərini təbliğ edir və həmçinin turizm sahəsində olan yeni layihələrini sərgi iştirakçılarına təqdim edir. Məhz 4-6 aprel tarixlərində Bakı Ekspo Mərkəzində baş tutan 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisində təmsil olunan Qoruq İdarəsi İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin "Dastan" brendi, Bakı Fotoqrfiya Evi və əlbəttə ki, turizm xidmətləri haqqında geniş məlumat vermişdir. Əsas yeniliklərdən biri isə sözsüz ki, "Icherisheher" adlı yeni tətbiqi proqramla bağlıdır. Artıq siz məkana gəlmədən belə onun haqqında ən zəruri məkumatları bu proqram vasitəsi ilə öyrənə biləcəksiniz. Qeyd edək ki, "İçərişəhər" DTMQİ sərginin təşkilati komandası tərəfindən "Best Corporate Style Presentation" nominasiyası üzrə mükafatlandırılmışdır.

Xəbərlər