Təqvim

25 oktyabr 2018-ci il tarixindən başlayaraq ölkəmizdə ilk dəfə olaraq təqdim olunan “Şirvanşahlar irsi dünya muzeylərində ”adlı sərgidə Türkiyənin Əsgəri muzeyinin kolleksiyalarında yer alan, Şirvanşahlar dövrünə aid (XIV-XV əsrlər Şirvanşah Keyqubad və Şirvanşah Xəlilullaha məxsus zirehli geyimlər, XV əsr Şah Fərrux Yasara məxsus dəbilqələr) unikal eksponatlar, eləcə də Gürcüstan Milli muzeyinin fondunda saxlanılan XII-XIII əsrlərə aid maraqlı maddi-mədəniyyət nümunələri nümayiş olunur.

Ziyarətçilərdə xüsusi maraq doğran sərgidə həmçinin Metropolitan, Ermitaj və digər dünya muzeylərinin kolleksiyalarında qorunan Şirvanşahlar dövrünə aid eksponatlar 3D holoqramlar vasitəsi ilə təqdim olunur.

25 oktyabr 2018-ci il -23 yanvar 2019-cu il tarixlərində 3 ay müddətinə müvəqqəti olaraq Şirvan şahlarının Bakı iqamətgahı olan Şirvanşahlar Sarayı Kompleksində nümayiş olunan sərgidə çox maraqlı tarixi faktları görmək və bilavasitə min illik bir dövrü hiss etmək imkanı yaranacaqdır.

Uzun illərdir ki, Azərbaycanda gözlənilən sərgiyə, tarixi hadisələrə uşaqların gözü ilə baxaraq, yaddaşlarında yaşatmaq məqsədilə D.A.ART fine arts studio-nun gənc şagirdləri tərəfindən çəkilən rəsm əsərlərindən ibarət “Sərgidən sonra” adlı təqdimat da keçiriləcəkdir.

Hamınızı 2018-ci il 4 dekabr tarixində saat 17:00-da (İçərişəhər, Qəsr döngəsi - 76) bu möhtəşəm sərgiyə uşaqların gözü ilə baxaraq zövq almağa dəvət edirik!

Xəbərlər