Təqvim

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq Bakı sakinlərini və şəhərimizin qonaqlarını baharın müjdəçisi, Azərbaycan xalqının milli adət-ənənələriylə zəngin Novruz bayramını İçərişəhərdə qeyd etməyə - Bahar Qalası Novruz şənliklərinə dəvət edir!
Mart ayının 20-dən 26-na qədər İçərişəhərdə, 20 və 21 mart tarixlərində Qala qoruğunda təşkil olunacaq Novruz bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulub. Hər gün 12:00-dan axşam saatlarınadək davam edəcək şənliklərdə ölkəmizin tarix və mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları, yerli sənəıtkarlar tərəfindən hazırlanmış əl işi suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələrinin sərgisi təşkil olunacaq. Bədii və tarixi personajlar, xalq və əfsanəvi qəhrəmanların canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.
“Qala” Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar martın 20-21-də İçərişəhərdən, Qoşa Qala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək. 

Xəbərlər