İçərişəhərin ən yüksək nöqtəsində qərar tutmuş, YUNESKO-nun Ümumdunya Mədəni İrs siyahısına daxil olan əzəmətli Şirvanşahlar Sarayı Kompleksi nəinki İçərişəhərin, ümumilikdə paytaxt Bakının ən çox ziyarət edilən məkanlarından biridir. Hal-hazırda abidə unikallığı ilə fərqlənən “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisini nümayiş etdirir.

Bu əlamətdar hadisə münasibəti ilə daim ziyarətçilərə xüsusi diqqətlə yanaşan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 8 dekabr tarixində 2018-ci il üzrə Şirvanşahlar Saray Kompleksini ziyarət edən 100 000-ci turisti mükafatlandırdı. Ziyarətçiyə sertifikat təqdim edildi, həmçinin İçərişəhər üzrə fərdi tur paketi hədiyyə edildi.

Xəbərlər