Şirvanşahlar Sarayı Kompleksi
VI əsrdən XVI əsrə qədər mövcud olmuş Şirvanşahlar dövləti hökmdarlarının ağıllı və düzgün siyasəti nəticəsində min il yaşaya bilmiş, yalnız Şirvanın deyil, bütün Azərbaycanın mədəni, ictimai-iqtisadi, siyasi cəhətdən inkişafında əvəzsiz rol oynamışdır.1191- ci ilədək Şamaxı şəhərində yerləşən paytaxt güclü zəlzələ nəticəsində dağıldıqdan sonra Şirvan dövlətinin iqamətgahı Bakı şəhərinə köçürülmüş və Saray binasının inşasına başlanılmışdır.
XIV- XV əsrlərdə isə sarayın ərazisi daha da genişləndirilərək müxtəlif funksiyalı tikililər inşa edilmişdir. Kompleksin Yaşayış binası, Divanxana, Seyid Yəhya Bakuvinin türbəsi , Key Qubad məscidinin qalıqları, Sultan Murad darvazası, Ailə türbəsi, Şah məscidi və Saray hamamı dövrümüzə qədər gəlib çatmış və 2000-ci ildə UNESCO-nun “Dünya Mədəni İrs Siyahısı” na daxil edilmişdir.
Siz burada xalqımızın tarixi keçmişinə səyahət edəcək, incəsənətin, şahanə memarlığın gözəlliyindən mənəvi zövq alacaqsınız!
“ŞİRVANŞAHLAR SARAYI KOMPLEKSİ” DÖVLƏT
TARİX-MEMARLIQ QORUQ-MUZEYİ
• Yaşayış binası• Divanxana
• Seyid Yəhya Bakuvinin türbəsi
• Key Qubad Məscidinin qalıqları
• Sultan Murad darvazası
• Şirvanşahların ailə türbəsi
• Şah məscidi
• Saray hamamı
ÜNVANIMIZ:İçəri şəhər Qəsr döngəsi 76
Telefonlar:
492 10 73
437 12 47