Şirvanşahlar Sarayı Kompleksi

Şirvanşahlar Sarayı Kompleksi

Azərbaycanın zəngin tarixini özündə əks etdirən qədim şəhərlərdən biri də Bakı qalası -İçərişəhərdir. İçərişəhərin Qərb qapısından daxil olan kimi Şirvanşahlar Sarayı minarə və günbəzlərinin əzəməti ilə diqqətinizi çəkəcəkdir. Şirvan hökmdarlarının iqamətgahı olan Şirvanşahlar Sarayı, qədim şəhərdə dominant rol oynayır.

VI əsrdən XVI əsrə qədər mövcud olmuş Şirvanşahlar dövləti hökmdarlarının ağıllı və düzgün siyasəti nəticəsində min il yaşaya bilmiş, yalnız Şirvanın deyil, bütün Azərbaycanın mədəni, ictimai-iqtisadi, siyasi cəhətdən inkişafında əvəzsiz rol oynamışdır.1191- ci ilədək Şamaxı şəhərində yerləşən paytaxt güclü zəlzələ nəticəsində dağıldıqdan sonra Şirvan dövlətinin iqamətgahı Bakı şəhərinə köçürülmüş və Saray binasının inşasına başlanılmışdır.

XIV- XV əsrlərdə isə sarayın ərazisi daha da genişləndirilərək müxtəlif funksiyalı tikililər inşa edilmişdir. Kompleksin Yaşayış binası, Divanxana, Seyid Yəhya Bakuvinin türbəsi , Key Qubad məscidinin qalıqları, Sultan Murad darvazası, Ailə türbəsi, Şah məscidi və Saray hamamı dövrümüzə qədər gəlib çatmış və 2000-ci ildə UNESCO-nun “Dünya Mədəni İrs Siyahısı” na daxil edilmişdir.

Siz burada xalqımızın tarixi keçmişinə səyahət edəcək, incəsənətin, şahanə memarlığın gözəlliyindən mənəvi zövq alacaqsınız!

“ŞİRVANŞAHLAR SARAYI KOMPLEKSİ” DÖVLƏT

TARİX-MEMARLIQ QORUQ-MUZEYİ

• Yaşayış binası
• Divanxana
• Seyid Yəhya Bakuvinin türbəsi
• Key Qubad Məscidinin qalıqları
• Sultan Murad darvazası
• Şirvanşahların ailə türbəsi
• Şah məscidi
• Saray hamamı

ÜNVANIMIZ:İçəri şəhər Qəsr döngəsi 76
Telefonlar:
492 10 73
437 12 47