AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazi dairəsinin və fəaliyyət istiqamətlərinin genişləndirilməsi ilə əlaqədar onun işini təmin etmək məqsədi ilə qərara alıram:
- “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 456; 2010, № 2, maddə 81) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü hissədə “56” rəqəmləri “68” rəqəmləri ilə əvəz edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsi”ndə:
1.2.1. 1-ci bənddə “Qoruğu (bundan sonra - Qoruq)” sözləri “və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruqları (bundan sonra - Qoruqlar)” sözləri ilə əvəz edilsin;
1.2.2. 1-ci bənddə, 7.2-7.5-ci, 8.7-ci, 8.9-cu, 8.11-ci, 8.22-ci (hər iki halda), 8.26-cı, 8.27-ci, 9.6-cı, 9.8-9.10-cu, 9.12-ci, 9.13-cü, 14.9-cu, 14.10-cu yarımbəndlərdə “Qoruğun” sözü “Qoruqların” sözü ilə əvəz edilsin;
1.2.3. 7.1-ci, 7.2-ci, 8.1-8.4-cü, 8.6-cı, 8.8-ci, 8.10-cu, 8.12-ci (hər üç halda), 8.13-cü, 8.14-cü, 8.16-cı, 8.17-ci, 8.20-ci, 8.22-ci, 8.23-cü, 9.1-ci, 9.7-ci, 9.17-ci yarımbəndlərdə, 23-cü bənddə “Qoruq” sözü “Qoruqlar” sözü ilə əvəz edilsin;
1.2.4. 8.24-cü, 9.14-cü yarımbəndlərdə “Qoruğa” sözü “Qoruqlara” sözü ilə, 9.2-ci yarımbənddə “Qoruqla” sözü “Qoruqlarla” sözü ilə əvəz edilsin;
1.2.5. 24-cü bənddə “Qoruq” sözü “ “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu” sözləri ilə əvəz edilsin;
1.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu”na aşağıdakı məzmunda 2.6-cı bənd əlavə edilsin:
“2.6. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu.”.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 yanvar 2013-cü il
№ 805