Qız qаlаsının ətrаfındаkı dini kompleksin daha dəqiq öyrənilməsi məqsədilə 1998-ci ildə аpаrılmış qаzıntı işləri zamanı Qız qаlаsı yaxınlığında IX əsrə aid edilən məscid və 2 hücrənin (оtаq) olduğu da аşkаr olunmuşdur. Burada böyük оtаğın döşəməsinin qərb кüncünə yахın hissədə üstü tаğ fоrmаlı tахçаnın içərisinə yеrləşdirilmiş 2 mеhrаb аşкаr оlundu. Mеhrаblardan birinin üstündə qədim ərəb əlifbаsı-кufi хətti ilə yаzılmış “Hаkimiyyət Аllаhа məхsusdur” sözləri vardır. Tədqiqatçılar müqаyisəli təhlilə və хətt хüsusiyyətinə görə bu yаzını VIII - IХ əsrlərə аid еdilər.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarix-mədəniyyət abidələrini öyrənir, mədəni irsimizi tədqiq və təbliğ edir, onları konservasiya edərək gələcək nəsillərə ərməğan etməklə yanaşı həmçinin bərabar olaraq turizm sektorunu da inkişaf etdirir. Qoruq İdarəsi mühafizə rejiminə riayət etməklə, ərazidə rekreasiya zonasını müəyyən edir, həmçinin təbii landşaftların salınması ilə əlaqədar görülən rekonstruksiya və torpaq-qazıntı işləri zamanı bu ərazidə paralel olaraq arxeoloji xilasetmə işləri də aparır.
Qədim Bakının tarixinin araşdırılması məqsədilə təyinatsız qalmış və tarixi tam öyrənilməmiş abidələrin aqibətini araşdırmaq üçün ərazidə xilasedici arxeoloji kəşfiyyat işləri aparılır. Son illər ərzində İçərişəhərdə turizm infrastrukturunda nəzərəçarpacaq dərəcədə böyük işlər görülmüşdür. İki əsr bundan öncə qədim Bakı indi İçərişəhər adlandırdığımız tarixi məkan hal-hazırda müasir turizm mərkəzinə çevrilmişdir. Qoruq İdarəsi tərəfindən tədqiq olunmuş memarlıq abidələri və tarixi yerlər konservasiya edilərək, yeni görkəmdə məhz turizm məqsədləri üçün istifadə edilir. Ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tarixi-memarlıq abidələrini qeyd etmək olar.