İçərişəhərdə 28 may Müstəqillik Günü qeyd olundu.
Tədbirdə tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Musa Qasımlı, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anar İsgəndərov, professor Solmaz Rüstəmova-Tohidi və tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova məruzələrlə çıxış ediblər.
Tədbirdə "Qoru" Gənclər Təşəbbüs Qrupunun könüllüləri, İçərişəhər Ağsaqqallar Şurasının üzvləri, sakinlər və “İçərişəhər” Qoruq İdarəsinin əməkdaşları iştirak ediblər.