"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aİ tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən "Portfolio Səyahəti"nin bir hissəsi olara  "Merlər İqtisadi İnkişaf uğrunda (M4EG)” (Mayors for Economic Growth) Təşəbbüsü çərçivəsində Belçikanın Brüssel şəhərində təşkil olunan Beynəlxalq Seminarda iştirak edir.

İdarə Heyətinin sədri Şahin Seyidzadə təşəbbüs çərçivəsində "İçərişəhər" DTMQİ-nin həyata keçirəcəyi “Ağıllı İçərişəhər(“Smart Old City”) layihəsi haqqında məlumat vermək üçün Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə rəhbərliyi və BMT İnkişaf Proqramının Brüssel nümayəndəliyinin rəhbərliyi ilə keçirilən görüşdə iştirak etmişdir.
M4EG təşəbbüsü Şərq Tərəfdaşlığı ölkələrinin yerli hakimiyyət orqanlarına daxili imkanlarını inkişaf etdirmək və müasir dövrün çağırışlarının həllində innovativ yanaşmalar tətbiq etmək üçün imkanlar açır. Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndə heyətinin üzvləri kimi Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Elsevər Məmmədov və İçərişəhər Muzey Mərkəzinin əməkdaşı Səbinə Ağamirova da iştirak edirlər.
Xatırladaq ki, "İçərişəhər" DTMQİ Avropa İttifaqı ve BMT-nin İnkişaf Proqramının “Merlər İqtisadi İnkişaf Uğrunda” (M4EG) təşəbbüsü çərçivəsində “Portfel Səyahəti” proqramı çərçivəsində elan edilmiş qrant layihəsinin qalibidir. Qoruq İdarəsi proqramda "Ağıllı İçərişəhər" ("Smart Old City") layihəsi ilə çıxış edir.
Xəbərlər Qalereyası

Xəbərlər